Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT

Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT
MAQAZİN
17:05 23.01.2019
5808
Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. 

AZXEBER.COM xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.

Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. 

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. 

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.
OXŞAR XƏBƏRLƏR