Abramoviçin 7 milyard dollarlıq aktivləri donduruldu

Abramoviçin 7 milyard dollarlıq aktivləri donduruldu
DÜNYA
09:05 14.04.2022
267
Böyük Britaniyanın ərazisi olan Cersi adasında rusiyalı milyarder Roman Abramoviç 7 milyard dollarlıq aktivləri dondurulub.

AZXEBER.COM "oxu.az"a istinadən xəbər verir ki, bu, 13,9 milyard dollar pulu olduğu deyilən oliqarxın sərvətinin yarısıdır.

Məlumat üçün əlavə edək ki, Böyük Britaniya hökuməti bundan əvvəl də rusiyalı iş adamı Roman Abramoviçə qarşı sanksiya tətbiq edib.

Rusiyalı milyarderin aktivləri, o cümlədən, "Çelsi”nin aktivləri dondurulub.
OXŞAR XƏBƏRLƏR