ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri İlham Əliyevi təbrik edib

SİYASƏT
17:47 06.12.2013
1092

ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziri Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:“Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası adından Sizi salamlayır, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Prezidentliyinizin yeni mərhələsində bol-bol uğurlar arzulayıram. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə növbəti iqtisadi layihələrin həyata keçirilməsində də böyük uğurlar qazanacaqdır.Apardığınız məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı və beynəlxalq əlaqələri dinamik sürətdə inkişaf edir.Bu inkişaf bizim Ticarət Palatamızın Azərbaycan Respublikası ilə ABŞ arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyəti üçün daha da münbit zəmin yaradır. Sizin səyləriniz sayənizdə bunun davamlı olacağına inanır, Sizə möhkəm cansağlığı və uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR