ABŞ-da saxlanan qədim Azərbaycan xalçaları ölkəmizə hədiyyə edili

ABŞ-da saxlanan qədim Azərbaycan xalçaları ölkəmizə hədiyyə edili
MƏDƏNİYYƏT
14:45 18.06.2013
2124

ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd qədim "Ədahalı" (Qarabağ, XVII əsrin sonu) və "Səlyan Xiləsi" (Şirvan, XIX əsr) Azərbaycan xalçaları Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim olunub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycan xalçalarının yenidən vətənə qayıtmasını əlamətdar hadisə olduğunu deyib: “Xalçaları belə nəfis şəkildə qoruyub saxladıqları və yenidən Azərbaycana hədiyyə etdikləri  üçün Qrover Şiltsə və onun həyat yoldaşı Beverli Şiltsə təşəkkürümü bildirirəm. Əminəm ki, hələ dünyanın çox yerlərində Azərbaycanın tarixi xalçaları var və biz onların da vətənə qaytarılması üçün tədbirlər həyata keçirəcəyik”. 

Çıxışdan sonra F. Babayev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəkkür məktubunu kolleksiyaçının həyat yoldaşı Beverli Şiltsə təqdim edib. 

Təqdimat mərasimində çıxış edən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağızadə xalçaların muzeyin ekspozisiyasında önəmli yer tutacağını deyib: “Bildiyimiz kimi, Azərbaycanın tarixi əsərləri ilə yanaşı, qədim xalçaları da xarici muzeylərdə saxlanılır. Biz prezidentin “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” fərmanını əsas tutaraq, təbliğat işi aparırıq və bu təbliğatın nəticəsində bu iki qədim Azərbaycan xalçası artıq bizim muzeydədir. Fərmanın əsas məqsədi Azərbaycan xalçalarının vətənə qaytarılmasıdır ki, biz də bu istiqamətdə əlimizdən gələni edirik. Bu xalçalar təsadüfi xalçalar deyil, əjdaha motivli xalçalardır ki, bu motiv Azərbaycanın bədii yaradıcılığının və incəsənətinin mifologiyasında mühüm rol oynayır. Azərbaycanın 70 faiz xalçaları bu motiv əsasında zənginləşib”. 

Xalçaları muzeyə təqdim edən amerikalı xanım Beverli Şilts Azərbaycanda olmaqdan və xalçaları vətəninə təhvil verməkdən məmnun olduğunu vurğulayıb: “Azərbaycanda olmaqdan və həyat yoldaşımın kolleksiyasında olan qədim xalçaları ölkənizə hədiyyə etməkdən məmnunluq hissi keçirirəm. Bu xalçalar 1960-cı ildə yoldaşım tərəfindən Azərbaycanda alınıb. Həyat yoldaşımın kolleksiyasında 200-ə yaxın xalça var və bu xalçaların hamısı Qafqaz xalqlarına məxsus olan xalçalardır”.

Təqdimat mərasimində 15 nəfər xarici ölkə nümayəndəsi o cümlədən İtaliyadan Şərq Xalçaları üzrə Akademik Komitənin sədri Alberto Boraveli də iştirak edib. A. Brovelli xalçaların Azərbaycana hədiyyə edilməsini təqdirəlayiq hal hesab etdiyini deyib: “Xalça tədqiqatçısı kimi Avropa və Amerikada keçirdiyim mühazirə və seminarlarda xalça kolleksiyaçılara onlarda olan xalçaları məxsus olduqları ölkələrinə hədiyyə etmələrini tövsiyə edəcəyəm”.

Tədbirdə həmçinin Koos de Conqun xalça məmulatları haqqında yazdığı “Əjdaha və at” kitabı muzeyə hədiyyə olunub. 

Təqdimat mərasiminin sonunda qonaqlar xalça muzeyində açılmış sərgiyə baxış keçiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO