ABŞ daha 5 il Yunanıstandakı hərbi bazalardan istifadə edəcək

ABŞ daha 5 il Yunanıstandakı hərbi bazalardan istifadə edəcək
DÜNYA
23:36 12.05.2022
411
Yunanıstan hökuməti ölkədəki Amerika hərbi bazalarının saxlanmasına dair sazişin müddətini daha 5 il uzatmaq qərarına gəlib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Rəsmi Afina hesab edir ki, NATO daxilində əlaqələrin gücləndirilməsi regionda sabitliyə töhfə verəcək.

Yunanıstan parlamentinin sazişi dərhal ratifikasiya edəcəyi gözlənilir.

Müqavilənin uzadılmasına ABŞ bazalarını dinc həyat üçün təhlükə hesab edən kommunistlər, eləcə də sazişin Afina üçün kifayət qədər təhlükəsizlik zəmanəti vermədiyini düşünən solçu SİRİZA partiyası etiraz edir.

AP qeyd edir ki, indiyə qədər Afina müqaviləni hər il yeniləyirdi, lakin bu dəfə onlar müqaviləni birdəfəlik beşillik müddətə uzatmağa qərar veriblər.

Qeyd edək ki, Yunanıstanda ABŞ-ın dörd hərbi bazası var – üçü ölkənin materik hissəsində, biri Krit adasında.
OXŞAR XƏBƏRLƏR