"Şimali Koreya Rusiyadan Ukrayna müharibəsində istifadə etmək üçün silahla təmin edərsə, bunun əvəzini ödəyəcək".
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Salivan deyib.
Pxenyanın Moskvaya silah göndərdiyinə dair heç bir dəlil olmadığını, lakin bu məsələ ilə bağlı danışıqların iki ölkə arasında aktiv şəkildə aparıldığını bildirən Sullivan, mümkün silah mübadiləsinin nəticələrinə diqqət çəkib.
"Şimali Koreyanın qışa girdiyi və suveren dövlətə məxsus əraziləri ələ keçirməyə çalışdığı bir vaxtda taxıl siloslarına və iri şəhərlərin istilik infrastrukturuna hücum etmək üçün Rusiyanı silahla təmin etməsi yaxşı heç nə vəd etmir. Müdafiə nazirinin Pxenyana səfərindən də göründüyü kimi, yalnız onu deyə bilərəm ki, danışıqlar aktiv şəkildə gedir və ruslar da iştirak edir", - deyə Salivan bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinlə silah ticarəti ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya getməyi planlaşdırdığı iddia edilib.
Mikayıl