ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün bu günə kimi 65 milyondan çox vətəndaş erkən səs vermədən istifadə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Florida Universiteti bu günə qədər verilən erkən səslərin sayını açıqlayıb.
Açıqlamaya görə indiyədək ölkə üzrə 65 milyondan çox vətəndaşın erkən səs verib.
Seçicilərin 34 milyondan çoxunun şəxsən səs verdiyi, təxminən 31 milyon amerikalının isə poçt vasitəsilə erkən səs verdiyi bildirilib.
244 milyon seçicinin olduğu ABŞ-da erkən səs verənlərin nəticələri noyabrın seçgi günü verilən səslərlə birlikdə sandıqlar bağlandıqdan sonra hesablanacaq.
Cəmalə