ABŞ-də Federal Apellyasiya Məhkəməsi "Apple”ın ən yeni ağıllı saat modellərinin ABŞ-də satışını qadağan edən qərarı müvəqqəti olaraq dayandırıb.
AZXEBER.COM xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası "Masimo” adlı şirkətin şikayətindən sonra "Apple” şirkətinin "Apple Watch Ultra 2” və "Apple Watch Series 9” smart saat modellərinin idxalını və satışını qadağan edib.
"Apple” qərarla bağlı Federal Apellyasiya Məhkəməsinə müraciət edib.
Məhkəmə "Apple"ın ən yeni ağıllı saat modellərinin ABŞ-də satışının qadağan edilməsi qərarını müvəqqəti olaraq dayandırıb.
Ayşən