ABŞ-də leysan yağışları can aldı

DÜNYA
12:31 22.10.2024
127
ABŞ-ın Nyu Meksiko ştatında leysan yağışların yaratdığı daşqın can aldı.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nyu Meksiko əyalət polisi, Rosvel şəhərini təsir edən güclü yağışlar nəticəsində meydana gələn daşqınlarda 2 nəfərin həyatını itirdiyini bildirib.

Ştat qubernatoru ərazi üçün fövqəladə vəziyyət elan edib və daşqından zərər çəkənlərin sağalmasına kömək etmək üçün 1 milyon dollar dövlət vəsaiti ayırılıb.

Nyu Meksiko Milli Qvardiyasından verilən açıqlamada sel səbəbiylə maşınlarında sıxışan 290 nəfərin axtarış-xilasetmə qrupları tərəfindən xilas edildiyi bildirilib. Xilas edilənlərdən 38-nin xəstəxanaya yerləşdirildiyi, xilasetmə işlərinin davam etdiyi bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR