ABŞ-dən İsrailə 8,7 milyard dollarlıq yardım paketi

DÜNYA
06:20 27.09.2024
189
ABŞ İsrailə 8,7 milyard dollarlıq hərbi yardım paketi ayırıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardım İsrail ordusunu döyüş vasitələri ilə təmin etmək və müdafiə silah sistemləri almaq üçün istifadə olunacaq.

Məlumata görə, paketdən 3,5 milyard dollar artıq İsrail Müdafiə Nazirliyinin hesabına köçürülüb.
OXŞAR XƏBƏRLƏR