ABŞ administrasiyası qabaqcıl kompüter çiplərinin və ya çip hazırlamaq üçün istifadə olunan alətlərin Çinin inventarına daxil olmasının qarşısını almaq üçün ixrac məhdudiyyətlərini nəzərdən keçirir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Çin son illərdə mikroçiplər, yarımkeçiricilər və yüksək texnologiyalı məhsullar kimi kritik sahələrdə üstünlüklərini təmin etmək üçün gərgin yarışdadırlar.
Çiplər smartfonlardan kompüterlərə, süni intellekt tətbiqlərindən müdafiə texnologiyalarına qədər bir çox sahədə istifadə olunur.
Buna görə də çip istehsalı və tədarük zəncirləri milli təhlükəsizlik və iqtisadi rəqabət qabiliyyəti üçün həyati əhəmiyyət kəsb edir.
ABŞ hipersəs raket və süni intellekt texnologiyalarının inkişafı və istifadəsinin qarşısını almaq üçün ilk dəfə 2022-ci ildə Çinə qarşı çip ixracına məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb və 2023-cü ildə bu məhdudiyyətlərin əhatə dairəsini genişləndirib.
Çin Ticarət Nazirliyi ABŞ-nin məhdudiyyətlərinin "sənaye tədarük zəncirlərinin sabitliyini ciddi şəkildə təhdid etdiyini" və beynəlxalq ticarət qaydalarını pozduğunu bildirib və Vaşinqton administrasiyasının məhdudiyyətləri ən qısa zamanda aradan qaldırması üçün bütün lazımi tədbirlərin görüləcəyini açıqlayıb.
Mikayıl