ABŞ konqresmeni öldürülən türk fəala görə İsraili qınadı

DÜNYA
12:21 10.09.2024
132
ABŞ konqresmeni Çuy Qarsiya əslən türk olan amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail əsgərləri tərəfindən öldürülməsini şiddətlə qınayıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, palatanın üzvü bu barədə o, "X" hesabında açıqlama verib.
 
"İordan çayının qərb sahilində qeyri-qanuni İsrail işğalına etiraz edən ABŞ vətəndaşı Ayşenur Eyginin öldürülməsini şiddətlə qınayıram və ailəsinin müstəqil araşdırma çağırışını dəstəkləyirəm" - deyə Qarsiya açıqlamasında bildirib.

Eyginin ailəsi ABŞ-ni övladının qətli ilə bağlı araşdırma aparmağa çağırıb.

Ağ Ev öldürülən Ayşenur Ezgi Eygi ilə bağlı intensiv araşdırma apardığını və hökm çıxarmaq üçün istintaqın nəticəsini gözlədiklərini bildirib.
 
Qeyd edək ki, sentyabrda işğal altındakı Nablus şəhərində keçirilən işğal əleyhinə nümayiş zamanı İsrail snayperinin açdığı atəş nəticəsində Ayşenur Ezgi Eygi başından güllə yarası alaraq həyatını itirib. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR