ABŞ Kuba üzərində nəzarət qurmağı nəzərdən keçirə bilər
DÜNYA
01:12 28.02.2026
128
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kuba üzərində nəzarət qurmağı planlaşdıra biləcəyini bildirib.
O, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
" Kuba hökuməti bizimlə danışır. Onların böyük problemləri var, pulları yoxdur, hazırda heç nələri yoxdur. Amma onlar bizimlə danışıqlar aparırlar və ola bilsin ki, biz dostcasına Kuba üzərində nəzarət quracağıq”, – deyə ABŞ lideri bildirib.