ABŞ məktəblərində bomba panikası: Polis hərəkətə keçdi

ABŞ məktəblərində bomba panikası: Polis hərəkətə keçdi
DÜNYA
13:24 11.01.2024
164
ABŞ-də bomba təhlükəsi yaşanıb.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda məktəblərə bomba təhdidləri olan mesajların göndərilməsindən sonra polis araşdırmalara başlayıb.

Vaşinqton Polis Departamentinin X sosial media platformasında verilən açıqlamaya görə, Vaşinqtonda bir neçə məktəbə eyni anda bomba təhdidləri olan elektron məktublar göndərilib.

Xəbərdarlığı alan polis ərazidə hərtərəfli araşdırma başladıb.
 
Polisin məsələ ilə bağlı araşdırmalarının davam etdiyi bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR