ABŞ-nin Ukraynadakı səfirliyi bu ölkədə mümkün intensiv hava hücumu səbəbindən bir günlük bağlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səfirliyin rəsmi saytında dərc edilən yazılı açıqlamada Ukraynanın bütün bölgələrinə mümkün intensiv hava hücumu ilə bağlı məlumatın alındığı bildirilib.
Açıqlamada təhlükəsizlik tədbirləri çərçivəsində səfirliyin bu gün üçün bağlı olacağı, səfirlik əməkdaşlarına olduqları yerlərdə qalmaları tövsiyə olunub.
Cəmalə