ABŞ-nin vitse-prezidenti Kamala Harris Qəzzada yaşanan böyük iztirablara görə təcili atəşkəsə ehtiyac olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris Alabama ştatının Selma şəhərində etdiyi çıxışda Qəzzada atəşkəsə çağırıb.
Harris, həmçinin, HƏMAS-ın Qəzzaya nəzarət etməməsini təklif edərək deyib:
"Qəzzada yaşanan əzabların ölçüsünü nəzərə alaraq, dərhal atəşkəs yaradılmalıdır".
Harris sözügedən atəşkəsin girovların xilas edilməsinə və Qəzzaya humanitar yardımların daxil olmasına imkan yaradacağını bildirib.
Gülay