ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar vəsait ayıracaq.
Bu barədə Polşanın müdafiə nazirinin müavini Tsesari Tomsik məlumat verib.
Onun sözlərinə görə, ABŞ hökuməti Polşada yerləşən Dravsko-Pomorsk, Povidz, Vrotslav və Lask şəhərlərindəki dörd hərbi bazalara 500 milyon dollardan artıq investisiya yatırılmasını nəzərdə tutan planı təsdiqləyib.
Qeyd olunur ki, Polşa hakimiyyəti 2035-ci ilə qədər hər il ABŞ-ın ölkə ərazisindəki hərbi obyektlərinə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.
Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. ABŞ 2022-ci ilin fevralında respublikadakı hərbi kontingentinin sayını iki dəfə artırıb. Bundan əvvəl ölkədə 5 min amerikalı hərbçi xidmət edirdi.
/APA









































