ABŞ qitələrarası raketin sınaq buraxılışını həyata keçirib

ABŞ qitələrarası raketin sınaq buraxılışını həyata keçirib
DÜNYA
19:20 06.09.2023
248
ABŞ qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.

Bu barədə ölkənin Kosmik Qüvvələr Agentliyi (CCSFS) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışı Kaliforniya ştatındakı Vanderberq bazasından yerli vaxtla saat 01:26-da həyata keçirilib.

Xatırladaq ki, bir müddət öncə bu barədə Pentaqonun sözçüsü Patrik Rayder (Patrick S. Ryder) brifinq zamanı məlumat verib.

 ///Apa
OXŞAR XƏBƏRLƏR