ABŞ Türkiyəyə “F-16” satacaqmı? - Hulusi Akardan AÇIQLAMA

ABŞ Türkiyəyə “F-16” satacaqmı? - Hulusi Akardan AÇIQLAMA
DÜNYA
15:50 13.04.2022
422
Türkiyə Müdafiə naziri Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. 

AZXEBER.COM "Haber Global"a istinadla xəbər verir ki, nazir ABŞ-dan F-16-ların alınması prosesində son vəziyyətlə bağlı suala da açıqlama gətirib.

"Bizim "Viper" adlandırılan "F-16V Block 70”lərə ehtiyacımız var. Bununla belə, əlimizdəki "F-16"ların da modernləşdirilməsinə ehtiyac var. Məsələ ilə bağlı "əcnəbi hərbi satışlar” çərçivəsində prosesi başlatdıq. ABŞ Müdafiə Nazirliyindəki proses Dövlət Departamenti xətti ilə davam edir”, - deyə Akar bildirib.
OXŞAR XƏBƏRLƏR