ABŞ-nin müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə görüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pentaqondan verilən açıqlamada iki nazirin dünənki telefon danışığında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri müzakirə etdiyi qeyd edilib.
"Dövlət katibi Ostin bir daha bəyan edib ki, ABŞ və 50-yə yaxın müttəfiq və tərəfdaşdan ibarət koalisiyamız Ukraynanı Rusiyanın təcavüzünə qarşı davam edən mübarizəsində dəstəkləməyə davam edəcək”, - bəyanatda deyilir.
Açıqlamada Ostin və Umerovun ABŞ Prezidenti Co Baydenin əlavə milli təhlükəsizlik qanun layihəsinin təcili olaraq qəbul edilməsi ilə bağlı razılığa gəldiyi və nazirlərin məsələ ilə bağlı yaxın təmasda qalacaqlarına söz verdiyi qeyd edilib.
Umerov "X” sosial media platformasındakı paylaşımında Ostinə döyüş meydanındakı mövcud vəziyyət barədə məlumat verdiklərini və amerikalı həmkarı ilə həftəlik məhsuldar görüş keçirdiyini bildirib.
Ayşən