ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemləri və "Hornet” pilotsuz uçan aparatı üçün döyüş sursatları da daxil olmaqla, əlavə hərbi yardım olaraq təxminən 400 milyon dollarlıq yardım göndərəcəyi bildirilir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Adının çəkilməsini istəməyən rəsmilər əlavə yardım paketinin təxminən 400 milyon dollar dəyərində olduğunu bildiriblər.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 41 milyard dollardan çox hərbi yardım edib.
Xatırladaq ki, iyulun 19-da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın döyüş meydanındakı ehtiyaclarını dəstəkləmək üçün daha 1.3 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayıb.
Mikayıl