Meksika Prezidenti Andres Manuel Lopez Obrador ABŞ-nin qeyri-qanuni miqrasiya səbəbindən bağladığı Meksika sərhədindəki keçid məntəqələrinin açıq saxlanılması ilə bağlı ABŞ ilə razılıq əldə edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Meksika arasında sərhəd problemi illərdir həll olunmamış problemdir.
Xüsusilə Tramp dövründə Meksikadan keçidlər üçün sərt tədbirlər tətbiq edilib.
Bayden hökuməti gələn il ABŞ-də keçiriləcək prezident seçkilərində əsas məsələ olan qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bu ayın əvvəlində iki əsas dəmir yolu körpüsü də daxil olmaqla bir neçə keçid məntəqəsini müvəqqəti bağlamışdı.
Meksika Prezidenti Andres Manuel Lopez Obrador ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra açıqlama verib.
Meksika və ABŞ-nin sərhəd keçidlərini açıq saxlamağa razılaşdıqlarını ifadə edən Obrador deyib:
"Vəziyyətin normallaşması üçün razılıq əldə olundu, dəmir yolu keçidləri və sərhəd körpüləri açılmağa başladı. Sərhəd körpülərində hər gün daha da fəallıq var".
Ayşən