ABŞ və Meksikada qasırğa XƏBƏRDARLIĞI

DÜNYA
12:28 26.09.2024
138
ABŞ-ın şərq sahillərindəki bəzi ştatlarda və Meksikanın cənub-qərbində "Con və Helene” qasırğalarının və "İsaak” tropik qasırğasının təsirli olacağı gözlənilir.
 
AZXEBER.COM xarici mətbuatra istinadən xəbər veirr ki, ABŞ Milli Qasırğa Mərkəzi, "Helene" qasırğasının Florida ştatının Tampa şəhərindən təxminən 690 kilometr cənub-qərbdə aşkar edildiyini açıqlayıb.

Qasırğanın "4-cü kateqoriya" intensivliyinə təsir göstərə biləcəyi ifadə edilib və Meksikanın Yukatan yarımadası və Floridanın şimal-qərb sahilləri üçün xəbərdarlıq edilib.

Digər tərəfdən, Cənubi Karolina, Şimali Karolina, Corciya və Florida ştatlarının qubernatorları Helene qasırğası səbəbindən ştatlarında "fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR