ABŞ Venesuela sahillərində bir gəmini saxlamaq üçün əməliyyat keçirir

ABŞ Venesuela sahillərində bir gəmini saxlamaq üçün əməliyyat keçirir
DÜNYA
01:20 21.12.2025
108
ABŞ Venesuela sahillərində beynəlxalq sularda Vaşinqtonun sanksiyalarına məruz qalan bir gəmini ələ keçirmək və saxlamaq üçün əməliyyat keçirir.

Bu barədə "Reuters" adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən məlumat verib.

Agentliyin mənbələri əməliyyatın yeri ilə bağlı dəqiq məlumat verməyib. Lakin əməliyyata ABŞ Sahil Mühafizəsi xidmətinin rəhbərlik etdiyi bildirilib.

/APA
OXŞAR XƏBƏRLƏR