ABŞ öz hərbçilərini Nigerdəki aviabazadan çıxardı

ABŞ öz hərbçilərini Nigerdəki aviabazadan çıxardı
DÜNYA
18:35 05.08.2024
126
ABŞ ordusu Nigerin şimalında yerləşən Aqades şəhərindəki aviabazadan çıxarılıb.

Bu barədə hər iki ölkənin Silahlı Qüvvələrinin birgə bəyanatında deyilir.

"ABŞ Müdafiə Nazirliyi ilə Niger Milli Müdafiə Nazirliyi ABŞ qüvvələrinin və hərbi texnikanın Aqadesdəki 201-ci bazadan çıxarılmasının başa çatdığını elan edib", - bəyanatda bildirilib.

İyulun əvvəlində ABŞ ordusu Nigerin paytaxtı Niameydəki bazanı tərk edib.
 
///report
OXŞAR XƏBƏRLƏR