17:33 şənbə, 07 Dekabr 2019
İQTİSADİYYAT

Abşeron Avtomobil Mərkəzi yeni GLC Coupe modelini təqdim edir - FOTOLAR

10:42, 06.08.20193577
Abşeron Avtomobil Mərkəzi yeni GLC Coupe modelini təqdim edir - FOTOLAR
Mercedes-Benz GLC Coupe-nin ən son, yenilənmiş modelinin rəsmi satışına başlayıb.

AZXEBER.COM xəbər verir ki, yenilənmiş GLC Coupe bu ilin iyul ayında Abşeron Avtomobil Mərkəzində debüt edib. Artıq azərbaycanlı alıcılar Mercedes GLC Coupe restaylinq krossoverlərini əldə edə biləcəklər.

Dizayn:

∙ Ön və arxa bamperlərin off-road xarakterli spoylerləri əvvəlki model ilə müqayisədə gücləndirilib;

∙ "Mercedes-Benz” yolsuzluq avtomobillərinin strategiyasına uyğun nəzərdə tutulmuş radiator;

∙ Əvvəlki model forma faraları ilə müqayisədə daha incə və zərif LED işıqlar, yüksək performans;

∙ Güclü, xarakterik arxa bamper, bamperə birləşdirilmiş 2 görünən bağlantılar;

∙ Mercedes Benz yolsuzluq maşınlarının yeganə gecə dizaynı üçün hazırlanmış arxa LED fənərlərinin yeni dizaynı.

Xüsusiyyətlər:

Yenilənmiş GLC Coupe 200-ün motor gücü 197 at gücündədir. Yenilənmiş GLC Coupe 300-ün mühərrik gücü isə 259 at gücündədir. Avtomobil rəng palitrası, bəzək əşyalar və jantlar üçün geniş seçim təklif edilir. Yeni GLC Coupe-nin SUV xüsusiyyətlərinin və kupe elementlərinin rahatlığı həm şəhərdə və yolda, həm də uzun səyahətlərdə və ailə gəzintilərində təmin olunur.

GLC Coupe 200-ün qiyməti 97 000 AZN-dən başlayır.

GLC Coupe 300-ün isə qiyməti 130 000 AZN-dən başlayır.

Mercedes-Benz GLC Coupe modelini almaq istəyənlər Bakı-Sumqayıt şossesi, 6 km məsafədə yerləşən rəsmi diller mərkəzi - "Abşeron Avtomobil Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Telefon: +994 12 347 78 00.
 

 

 

 

 

 


XƏBƏR LENTİ