Abşeron Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimi keçirildi

İDMAN
15:09 06.06.2012
2237
Bu gün gənclər və idman naziri Azad Rəhimov Abşeron Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimində iştirak edib.   AGIN-dən AZXEBER.COM-a verilən məlumata görə, Azad Rəhimov deyib: “İdman ilində növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir. Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, avropa çempionalrı adını qazanacaqlar.” Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir. Tikinti üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 hektar torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri “El və En” Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir. Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulmuşdur. Baş plana əsasən inşa ediləcək bina və qurğular: Əsas bina Əsas bina 5 hissədən ibarətdir:A Blokunun 1-ci mərtəbəsi 19x45,5 ölçüdə 1000 tamaşaçı yerlik Universal idman zalı, Ağır atletika zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçilər otaqları, idman avadanlığı otaqlarından, 2-ci mərtəbəsi Trenajor zalı (fitnes club), Boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından, inventar və texniki otaqlardan ibarətdir.B Bloku (2 mərtəbəli giriş hissə) 1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı (reception) və mühafizə otağından , 2-ci mərtəbə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdirC Blokunun zirzəmi mərtəbəsində Tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı, texniki otaq 1-ci mərtəbəsi 2 döşəkli 300 tamaşaçı yerlik Güləş zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqlarından və inventar otağı2-ci mərtəbəsi Məşqçilər otağı və Şahmat klubundan ibarətdir. D Blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilmişdir. 1-ci mərtəbəsi Üzgüçülük hovuzunun ölçüsü 25 x12,5 metr olan və 200 tamaşaçı yerlik tutumu olan Üzgücülük zalından ibarətdir.Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində xolda yerləşən kafenin mətbəx otağı, anbarı, qabyuma otağı, personal otağı yerləşdirilmişdir.2-ci mərtəbəsi isə Administrasiya otaqından ibarətdir. E Blokunun 3 mərtəbəli, 38 çarpayı yerlik Mehmanxananın zirzəmi mərtəbəsində camaşırxana, utü otağı, texniki otaqlar və anbarlar, soyuducu və dondurucu kameralar, meyvə-tərəvəz anbarları və.s. köməkçi otaqlardan ibarətdir. 1-ci mərtəbəsində foye, qeydiyyat otağı(Reception) mətbəx və restoran, qabyuma və isti yemək hazırlama otağı, administrativ otaqlar, server otağından,yuxarı mərtəbələrdə İnternet klub, kitabxana və cəmi 8 ədəd 3 nəfərlik, 4 ədəd 2 nəfərlik, 4 ədəd 1 nəfərlik və 1 ədəd luks otaqlar vardır. Baş plana əsasən inşa ediləcək digər binalar:Əsas binanın xarici fasadının bir hissəsi funksional olaraq qayaya dırmanma üçün nəzərdə tutulmuşdur. 2000 nəfər tamaşaçı yerlik tribunası olan Futbol stadionuMini futbol meydançasıBasketbol meydançasıVoleybol meydançasıTennis kortu Skeyt park Açıq meydançalar üçün soyunub-geyinmə binası Yerüstü avtomobil dayanacağıKompleksi istiliklə təchiz edəcək Qazanxana binasıTransformator yarımstansiyasıİçməli və yanğına qarşı su anbarlarıGözətçi otağıƏlavə olaraq Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və drenaj sisteminin quraşdırılması, ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR