Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTOLAR

Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTOLAR
SOSİAL
14:37 28.04.2021
451
Bu gün Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan konfransda Abşeron RİH başçısı İradə Gülməmmədova, Respublika Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov və rayon ağsaqqalları iştirak edib. İştiraçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

AZXEBER.COM xəbər verir ki, daha sonra İ.GülməmmədovaAzərbaycanın 44 günlük müharibədə düşmən üzərində qazandığı tarixi qələbədən danışıb. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, iradəsi və qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam qələbə qazanaraq öz dədə-baba torpaqlarına qovuşdu. Bununla da 30 illik vətən həsrətinə, düşmən işğalına son qoyuldu. Azərbaycanın igid oğlanlarının cəbhədə düşmənə ağır zərbələr vurduğunu söyləyən başçı düşmənin bundan sonra hələ uzun zaman özünə gələ bilməyəcəyini deyib.

Millət vəkili Eldar İbrahimov da əldə edilən qələbədən danışaraq Azərbaycanlıların Qarabağa böyük qayıdışının əsasının qoyulduğunu qeyd edib. Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə surətli işlərin görüldüyünü, bütün lazimi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını önə çəkən millət vəkili əlavə edib ki, Azərbaycanın güclü iqtisadiyyatı mövcuddur və qarşıya qoyduğu bütün məqsədlərə çatmaq imkanına malikdir.

Çıxışlardan sonra Abşeron rayon Ağsaqqallar Şurasının yeni tərkibi səsvermə yolu ilə müəyyənləşdirilib. Şuranın əsasnaməsi qəbul edilib, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvləri və sədr seçilib.

Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilən Nadir Ağayev göstərilən etimada görə təşəkkür edərək qarşıda duran vəzifələrdən danışıb. N.Ağayev qeyd edib ki, rayon ağsaqqalları respublikamızın əldə etdiyi qələbənin, naliyyətlərin, torpaqlarımızın işğaldan azad olunmasının geniş təbliğ olunmasında iştirtak etməli və bu istiqamətdə əllərindən gələni əsirgəməməlidirlər.

Sonda xatirə şəkili çəkilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım