Abşeronda iki avtomobil toqquşub, ölən və yaralanan var

Abşeronda iki avtomobil toqquşub, ölən və yaralanan var
Bütün Xəbərlər
13:14 26.08.2015
883

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

 Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Elnur Əhmədovun idarə etdiyi “Tatra” və Sumqayıt şəhər sakini Elnur Həşimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həşimovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İbrahim Hacılı orada ölüb.

//apa

OXŞAR XƏBƏRLƏR