Abşeronda şəhidlərin il mərasimi keçirildi - FOTOLAR

Abşeronda şəhidlərin il mərasimi keçirildi - FOTOLAR
SOSİAL
16:05 15.10.2021
250

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi zamanı şəhid olan mayor Malik Əliyev, kapitan Zülfüqar Qubadov, baş leytenant Röyal Ələkbərov və əsgər Elvin Əlimərdanovun il mərasimləri ilə əlaqədar onların ailə üzvlərinə baş çəkilib.

AZXEBER.COM xəbər verir ki, il mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərimizin yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb, qayğıları və problemləri ilə maraqlanılıb..

 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.





OXŞAR XƏBƏRLƏR