Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlandı

Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
16:48 21.01.2026
361
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.
 
AZXEBER.COM xəbər verir ki, onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb. Y.Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Y.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR