Ağcanaqanad körpə uzağı sağalmaz xəstəliyə düçar etdi

DÜNYA
22:37 07.12.2012
1991

Körpə uşaq ağcaqanad dişləməsi səbəbindən ölümlə üz-üzə qalıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fəthiyə rayonunda 2 yaş 6 aylıq Nehir adlı uşağı ağcaqanad dişləməsi səbəbində bədəninə infeksiya daxil olub.İnfeksiya körpə uşağı ölümcül “Hemafaqositik sindrom” xəstəliyinə düçar edib. 5 həftə hemoterapi müalicəsi alan uşağın saçları tökülüb.Valideynləri heç vaxt bir ağcaqanadın bu qədər böyük br fəlakətə gətirib çıxaracaqlarını ağıllarına gətirmədiklərini və əvvəlcə xəstəliyə ağcaqanadın səbəb olduğunu anlamadıqlarını bildirib.Balaca Nehirin müalicəsi ilə məşğul olan həkimlər onun davamlı müalicə alacağı təqdirdə sağala biləcəyini söyləyib.Həkimlər bildirib ki, hazırda müalicə istənilən müsbət effekti verir və bu davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR