18:02 Bazar Ertəsi, 16 Sentyabr 2019
İQTİSADİYYAT

"Access Business Talks" layihəsinə yekun vuruldu - FOTOLAR

16:32, 21.05.20192798
AccessBank-ın UNEC ilə birgə reallaşdırdığı "Access Business Talks" layihəsinin bağlanış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, bankda baş tutan tədbirdə çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, "Access Business Talks" layihəsini AccessBank ilə UNEC arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib: "Əminliklə deyə bilərəm ki, bu layihə yalnız universitet və bankda deyil, müxtəlif dairələrdə özündən söz etdirə bilib. Müxtəlif beynəlxalq maliyyə institutlarının yerli ofisinin və iri audit şirkətlərinin təmsilçiləri bu layihədə iştirak etmək istədiklərini dilə gətirib və bu məni çox sevindirib". AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə bildirib ki, "Access Business Talks" layihəsi "UNEC Business Conversation Club" qədər uğurlu oldu: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaq idi. Düşünürəm ki, biz məqsədimizə çatdıq. Layihə iştirakçısı olan tələbələr həm dil, həm də praktiki biliklərini möhkəmləndirdilər. Sözsüz ki, onlar bu biliklərini gələcək iş yerlərində tətbiq edəcəklər. Bir sözlə, "Access Business Talks" özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq".

 

 

UNEC-in "Maliyyə və mühasibatlıq" fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub. O, layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirib: "AccessBank korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliklərinə sadiq bir bankdır. Sevindiricidir ki, "Access Business Talks" kimi brendə çevrilmiş bir layihə bunun tərkib hissəsi oldu".


 

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə "Access Business Talks" layihəsini praktika ilə nəzəriyyənin sintezi adlandırdı.


 

 

 

Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb, ardınca onlara sertifikatlar verilib.

Bununla yanaşı, UNEC "Maliyyə və mühasibat" fakültəsi Anar Həsənovu, Günay Cəlilovanı və "Access Business Talks" layihəsinin müəllifi, "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyevanı "Təşəkkürnamə" ilə təltif etdi.

 

 

 

Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edib. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunan ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı.

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ