AccessBank 2025-ci ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2025-ci ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
İQTİSADİYYAT
15:21 14.04.2025
247

14.04.2024. Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır.

 

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

 

Bank, 2025-ci ilin 1-ci rübünün nəticələrinə görə, 10.0 milyon manat xalis mənfəət əldə edib.

 

Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 14.7% və ya 202 mln manat artaraq 1.6 mlrd. manata çatıb.

 

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ilin 1-ci rüb ərzində:

 

Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14.6% və ya 150.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 186.2 milyon manat təşkil edib.

 

-  Kredit portfelinin 77.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 924.2 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 15.3% və ya 122.7 milyon manat artıb.

 

- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 060.2 milyon manat təşkil edir.

 

- AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 15.5 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin ümumi həcmi 132.3 mln manata çatmışdır.

 

- Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 8 mln ABŞ dolları həcmində subordinasiya borc öhdəliyi cəlb olunmuşdur. Beləliklə, subordinasiya olunmuş borc öhdəliyinin həcmi 35.6 mln manata yüksəlmişdir.

 

- 2025-ci ilin 1-ci rübü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 31% və ya 48.3 milyon artaraq 203.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas drayveri generasiya edilən mənfəət və xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

 

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% artaraq 59.0 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 3.0 milyon artaraq 36.2 milyon manat təşkil edir.

 

Qeyri-faiz gəlirləri 3.6 milyon manat olub.

 

- Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci rübündə də 16.4 milyon manat təşkil edib.

 

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 83.1% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.8 dəfə yüksəkdir.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

OXŞAR XƏBƏRLƏR