AccessBank 31 mart soyqırımı qurbanlarını anıb - FOTOLAR

İQTİSADİYYAT
19:27 31.03.2018
8719

AccessBank kollektivi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Faciə qurbanlarının xatirəsini yad edən əməkdaşlarımız xatirə daşı önünə əklil qoyublar.


Bankın yaydığı məlumata görə, daha sonra AccessBankınəməkdaşları kompleksi gəzərək soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Kompleks rəsmiləri kollektivimizə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə barədə ətraflı məlumat veriblər.

 

Yekunda AccessBank adından kompleksin xatirə dəftərinə ürək sözləri yazılıb.


 




OXŞAR XƏBƏRLƏR