"AccessBank": Baş ofisdə yanğın olmayıb

İQTİSADİYYAT
17:04 11.04.2019
4867
"AccessBank" baş verən hadisə ilə bağlı açıqlama yaydı

AZXEBER.COM xəbər verir ki, bu barədə bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Əhmədov sosial şəbəkədə məlumat yayıb.
 
O bildirib ki, bu gün saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub:
 
"2019-cu ilin aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir. Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Qaynar xətti"nə məlumat verilib.
 
Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb. Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib".

OXŞAR XƏBƏRLƏR