17:03 çərşənbə, 19 Sentyabr 2018
İQTİSADİYYAT

AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub - FOTOLAR

14:48, 07.06.20186820
AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub - FOTOLAR

AccessBank-ın baş ofisində kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması və araşdırılmasına dair konfrans keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, bir sıra bankların və iri şirkətlərin qatıldığı tədbir SmartIT və Group-IB şirkətləri tərəfindən keçirilib.


Konfransda kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması dair müasir həllər təqdim olunub.


Tədbirin iştirakçılarının diqqətinə kibercinayətkarlığa dair statistika çatdırılıb. Bununla yanaşı, təşkilatçılar kibercinayətkarlığa qarşı mübarizə üsullarını praktikada nümayiş etdiriblər. Konfrans zamanı kibertəhlükələr barədə öncədən xəbərdarlıq edən TDS sistemi də təqdim olunub.

 

Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

 

 

 

 

 


XƏBƏR LENTİ