AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər

İQTİSADİYYAT
15:33 19.12.2024
275

AccessBank və AZZA arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində ilk uzunmüddətli kredit sazişi imzalanıb.

AZXEBER.COM xəbər verir ki, bu mexanizm AccessBank və AYİB-ə Azərbaycanda kiçik və orta müəssisələri bərabər şəkildə (50/50) maliyyələşdirməyə imkan verir. Birgə əməkdaşlıq biznesin inkişafı üçün yeni imkanların yaradılmasına, investisiya proseslərinin stimullaşdırılmasına və sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına dəstək olacaq.

Müqavilə çərçivəsində AccessBank AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və "yaşıl iqtisadiyyatın” inkişafı məqsədilə qrant təqdim edəcək. Bu əməkdaşlıq ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirməyə və müasir şəraitdə biznesin davamlılığının artırılmasını dəstəkləyəcək.

 

"AZZA komandasına göstərdiyi sadiqlik və iştirak üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsi bizim gözləntilərimizi doğruldacaq. AYİB ilə Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə bağlanılan razılaşma bizim üçün qürurvericidir. Burada əsas diqqət innovasiyaların tətbiqi, maliyyə resurslarının əlçatanlığı və davamlı inkişaf üçün münbit şəraitin yaradılmasına yönəldilir. Əməkdaşlığımızın mühüm hissələrindən biri də qlobal tendensiyaların bir hissəsinə çevrilən "yaşıl iqtisadiyyat” sahəsində təşəbbüslərin dəstəklənməsidir”, - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.

AccessBank, AZZA və AYİB arasında əməkdaşlıq Azərbaycanın özəl sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə davamlı iqtisadi artımın dəstəklənməsinə mühüm təsir göstərəcək.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR