Adam öldürməkdə ittiham edilən məşhur aktyordan qərara etiraz

Adam öldürməkdə ittiham edilən məşhur aktyordan qərara etiraz
DÜNYA
15:41 15.03.2024
162
2021-ci ilin oktyabrında Hollivudda bütün dünyanı lərzəyə gətirən hadisə baş verib.
 
Belə ki, "Rust" filminin çəkilişləri zamanı Alek Baldvin əlindəki silahla kinematoqraf Halyna Hatçinsi bilməyərəkdən öldürüb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, üzərindən 3 il keçməsinə baxmayaraq qəsdən adam öldürməkdə ittiham olunan Bolduin ittihamlardan apellyasiya şikayəti verib.
 
Alec Baldvin qəsdən adam öldürməkdə ittiham olunub, Vəkili hakimdən aktyora qarşı irəli sürülən adam öldürmə ittihamının rədd edilməsini istəyib.

İddialar arasında dövlət ittihamçılarının mediaya məlumat verərək məhkəmə qərarlarını pozması da olub.

Bolduin bu ilin yanvarında bilərəkdən adam öldürmə ittihamı ilə yenidən ittiham edilib və iyul ayında Nyu-Meksikoda mühakimə olunacaq.

Mikayıl
OXŞAR XƏBƏRLƏR