Ağdamın işğalından 21 il ötür

Ağdamın işğalından 21 il ötür
SİYASƏT
00:37 23.07.2014
1029

Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21il ötür.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq