Ağdaş rayonda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Nemətabad kəndində baş verib.
"VAZ-2106” markalı avtomobil ikinci sinif şagirdi, 2012-ci il təvəllüdlü Yusif Mehman oğlu Əbilovu vuraraq ona ağır xəsarət yetirib.
Azyaşlı doğmaları tərəfindən bölgənin iki müxtəlif xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.