ADNA BDU-ya "layk" dərsi keçdi

MARAQLI
00:21 02.10.2011
10982

Facebook sosial şəbəkəsində ən aktiv tələbələrin kimliyinə aydınlıq gəlib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan universitetləri səhifəsinin yarışması bu gün sona çatıb. Finalda Bakı Dövlət Universiteti (BDU)  ilə Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) üz-üzə gəlib. 2 saat davam edən duelin qalibi ADNA olub. Neft Akademiyasına 2 saat ərzində 5930 like (layk) toplayıb. BDU isə 5890 like ilə yarışmanı ikinci yerdə bitirib. 

Azərbaycan Universitetləri səhifəsinin admini Sürəddin İsmiyev AZXEBER.COM-a açıqlamasında tələbələrin aktivliyindən razı qaldığını bildirib. 

OXŞAR XƏBƏRLƏR