ADNSU tələbələri Böyük Britaniyanın ən böyük su elektrik stansiyasına səfər ediblər - FOTOLAR

ADNSU tələbələri Böyük Britaniyanın ən böyük su elektrik stansiyasına səfər ediblər - FOTOLAR
İQTİSADİYYAT
12:40 11.08.2025
182
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən "Bərpa olunan enerji mənbələri” üzrə beynəlxalq İkili Diplom Proqramının 2024/2025-ci tədris ili üzrə təhsil alan tələbələri üçün təşkil olunan yay məktəbi çərçivəsində növbəti ekskursiya baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində tələbələr İngiltərə və Uelsdəki ən böyük su elektrik stansiyası olan "Rheidol” Su Elektrik Stansiyasını ziyarət ediblər. Ekskursiyaya Vorvik Universitetinin professorlarından olan Mariya Tarin rəhbərlik edib, həmçinin ADNSU-nun müəllimi Mahmud İsmayılov da müşayiətçi qismində qatılıb.

Sahə ziyarəti zamanı tələbələr hidroenergetika proseslərinin idarə olunmasını yerində izləyərək bərpa olunan enerji sistemlərinin real iş prinsiplərini daha dərindən öyrəniblər. Onlar su turbinləri, generatorlar və digər hidrotexniki avadanlıqların mürəkkəb idarəetmə mexanizmləri ilə yaxından tanış olub, infrastrukturun miqyası və texniki imkanlarına heyranlıqlarını ifadə ediblər.

Bu ekskursiya tələbələrin dərsliklərdən və elektron resurslardan əldə etdikləri nəzəri bilikləri praktik müşahidələrlə möhkəmləndirməsinə imkan yaradıb. Yay məktəbi çərçivəsində keçirilən bu ikinci sahə ziyarəti tələbələrin davamlı enerji texnologiyaları və onların səmərəli idarə olunması ilə bağlı perspektivlərini genişləndirərək, akademik biliklərini zənginləşdirib.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR