“Adobe” naxış dəyişən paltarı təqdim etdi - VİDEO

MARAQLI
16:57 09.01.2024
240
"Adobe” tərəfindən hazırlanan naxış dəyişən paltar sosial mediada trend mövzusuna çevrilib.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Adobe şirkətinin "Primrose" layihəsi çərçivəsində hazırlanan paltar, ağıllı işıqlandırmada olduğu kimi maye kristallardan istifadə edilərək tikilmiş "yansıtıcı işığı yayan modullar" olan payetlərdən ibarətdir.
 
Tədqiqatçılar bildirirlər ki, Adobe-nin MAX konfransında tamaşaçılara təqdim edilən geyim əslində ağıllı materiallardan hazırlanmış kiçik ekranlardır. İlk baxışda adi dona bənzəyən geyim, uzaqdan bir düyməyə toxunduğunuz zaman müxtəlif motivlərdə dəyişə bilir.
 
Dizaynerlər bu texnologiyanın geyimə, mebelə və digər səthlərə yerləşdirilə biləcəyini bildiriblər.
 
Aysel

OXŞAR XƏBƏRLƏR