Bakıda aeroport yolu istiqamətində güclü yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti”nə verdikləri məlumata görə, əraziya yanğınsöndürənlər də cəlb olunub. Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.