AFFA açıqladı: Təkcə hakimlərə bir milyondan çox xərclənib

AFFA açıqladı: Təkcə hakimlərə bir milyondan çox xərclənib
İDMAN
16:15 03.02.2022
274
2020/2021 mövsümündə AFFA-nın hakimlər və hakim-inspektorlar üçün ayırdığı vəsaitin məbləği açıqlanıb.

Milli assosiasiyanın hesabatında bu istiqamətdə ümumilikdə 1 634 388 manat xərclənildiyi bildirilir.

Azərbaycan çempionatlarının oyunlarına ümumilikdə 152 hakim təyinat alıb. Bunların 135-i kişi, 17-si isə qadın ədalət təmsilçiləridir. Onların orta yaş həddi 29,9 olub.

Həmçinin matçlarda 23 AFFA nümayəndəsi və 15 hakim-inspektor fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR