AFFA daha bir stadionu istifadəyə verdi

İDMAN
14:30 03.05.2012
1527

Bu gün AFFA və “AccessBank” tərəfindən Suraxanı rayonundakı 65 saylı orta məktəbin ərazisində inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, AFFA-nın baş katibi Elxan Məmmədov və “AccessBank”ın nümayəndəsi Amil Hüseynov çıxış edərək, ölkəmizdə idmanın müxtəlif növlərinin inkşiaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu bildiriblər. Qeyd olunub ki, açılışı keçirilən süni örtükü meydança məktəblilərin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq. Çıxışlardan sonra tədbirin iştirakçıları rəmzi olaraq topa zərbə vurublar.

Qeyd edək ki, rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində dərs başlayıb.

OXŞAR XƏBƏRLƏR