AFFA-dan “Sabah”a cərimə və xəbərdarlıq sanksiyası

AFFA-dan “Sabah”a cərimə və xəbərdarlıq sanksiyası
İDMAN
20:17 07.10.2021
313
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Komitə Azərbaycan Premyer Liqasının VI turunda keçirilən matçlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Çempionatın autsayderi "Sabah” səfərdə "Keşlə”yə məğlub olmaqla yanaşı, həm də cərimələnib. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə aldığı üçün Bakı klubu 800 manat cərimə ödəməli olacaq.

Bundan başqa, "Sabah”ın bəzi rəsmi şəxsləri "A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub. Mətbuat konfransı zamanı baş məşqçi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyi üçün isə bakılılara xəbərdarlıq olunub.

"Zirə” – "Sumqayıt” qarşılaşmasında isə meydan vaxtında sulanmadığı üçün ev sahibi 800 manatlıq cəriməyə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR