18:48 Cümə Axşamı, 18 Aprel 2019
TOP4

AFFA-dan şəffaflığı artırmaq üçün örnək addım

00:27, 09.02.201912248
AFFA-dan şəffaflığı artırmaq üçün örnək addım

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası növbəti yeniliyə imza atıb.

 AZXEBER.COM xəbər verir ki, qurum rəsmi internet saytı vasitəsilə tenderlərin tətbiqinə başlayıb.

Müxtəlif layihələr çərçivəsində lazımi texnika, avadanlıq və digər materialların əldə edilməsi üçün ictimaiyyətə açıq oaln tenderlər elan ediləcək. Tenderlərin elan edilməsi AFFA daxilində İRP (Təşkilatın İdarəedilmə Sistemi) sisteminin tətbiqinin davamı sayılır.

Assosiasiya artıq tenderlərin elanına başlayıb. Onlardan birincisi futbol meydançalarında təbii örtüyə uyğun işlərin aparılması üçün texnika və avadanlığın alınması ilə bağlıdır. Qurumun rəsmi internet səhifəsində lazım olan avadanlığın siyahısı verilib. Tenderdə iştirak etmək istəyən şirkət 15 fevral tarixinə qədər [email protected] elektron ünvanına məktub göndərməlidir. Məktubu göndərəndə "Şirkətin uyğunluq anketi” xüsusi formanı mütləq doldurmalıdır. Sənəd doldurulmadıqda, şirkətin ərizəsinə baxılmayacaq. Bu tədbir tender qalibinin seçilməsində təhlükəsizlik və tam şəffaflığın təmin edilməsi məqsədini güdür.

İkinci tender Bakı Olimpiya Stadionunda 29 may tarixində keçiriləcək UEFA Liqasının final oyununda işləyəcək stüard, könüllü və digər əməkdaşların paltarları ilə əlaqədardır. Ərizələr 20 fevrala qədər qəbul ediləcək. Prosedur eynidir.

 

Tenderlərin məqsədi nədir? İlk növbədə məqsəd fəaliyyətdə şəffaflığın artırılması ilə bağlıdır.

AFFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla qeyd edir ki, tenderlərin elan edilməsi ideyası assosiasiyaya məxsusdur. "Digər təşkilatlar kimi, AFFA-ya da bu və ya digər avadanlıqlar, formalar və ya xidmətlər lazımdır. İctimaiyyətə açıq olan tenderlərin elan edilməsinə qərar verilib”, - deyə Abdulla bildirib.

Firuz Abdulla tender qalibinin seçilmə prosedurundan danışıb:"Birinci mərhələdə AFFA rəsmi internet səhifəsi ilə tenderi elan edir. Bütün maraqlı şirkətlər iştirak üçün ərizə ilə müraciət edə bilər. Ərizə verilməsi vaxtı bitdikdən sonra AFFA-nın xüsusi komissiyası ərizələri nəzərdən keçirəcək. Biz tenderlərin elan edilməsi ilə bağlı xəbəri elan edəndə eyni zamanda "Şirkətin uyğunluq anketi” adlı xüsusi sənədi də yaydıq. Bu sənəd mütləq doldurulmalıdır. Komissiya bu sənəd əsasında şirkətin tenderdə iştirak edib-etməyəcəyinə, buna imkanı olub-olmayacağına qərar verəcək. Yəni, prosedur kifayət qədər şəffafdır”.

Qurumun nümayəndəsi qeyd edib ki, AFFA yerli şirkətlərə üstünlük verir:
"Tenderdə yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də iştirak edə bilər. Amma tenderin elan edilmə xəbərində göstərdiyimiz kimi, əgər iki şirkət-Azərbaycan və xarici işirkət dəyərləndiriləcəksə və bu iki şirkət arasında heç bir ciddi fərq yoxdursa, üstünlük yerli istehsalçıya veriləcək. Biz istəyirik ki, tenderdə yerli şirkətlər qalib gəlsin. Bu, yerli biznesi dəstəkləmək üçün nəzərdə tutulub”.

Tenderlərin elan edilməsi AFFA-nın şəffaflığı artırma yolunda növbəti addımıdır. Bu məsələ ilə bağlı xatırlatmaq lazımdır ki, AFFA hər il tam maliyyə hesabatı verən yeganə idman strukturudur. İllik hesabat assosiasiyanın rəsmi internet səhifəsindədir. AFFA hesabatı 2010-ci ildən bu yana hər il yayımlayır.

İllik hesabatında AFFA görülən işlər barədə məlumat verir, gəlir və xərclərini deklarasiya edir. Məsələn, 2017-ci ildə AFFA-nın gəlirləri 27.6 milyon manat olub. 8.2 milyon manat SOCAR-dan, 6.2 milyon manat UEFA-dan, 5.9 milyon manat isə yayım hüququndan əldə edilib. Bu hesabatdan da AFFA-nın pulları nəyə xərclədiyi məlumdur.

AFFA-nın təcrübəsi hesabatlarını yayımlamayan digər idman federasiyalarına da nümunə ola bilər. Bu idman federsiyaları hesabat vermədikləri üçün onların maliyyə vəziyyətini müzakirə etmək mümkün deyil.


XƏBƏR LENTİ