AFFA prezidenti: "Qarabağ"a yeni qələbələr diləyirəm"

AFFA prezidenti: "Qarabağ"a yeni qələbələr diləyirəm"
İDMAN
22:58 12.08.2025
231
AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkə hesabında yazıb.

"UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn "Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm", - milli assosiasiyanın rəhbəri bildirib.

Qeyd edək ki, "Qarabağ" "Şkendiya"nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.
OXŞAR XƏBƏRLƏR